Bərdə şəhər sakinləri üçün maraqlı tədbir təşkil edilib

Tədbir Bərdə şəhər Heydər Əliyev adına parkbulvarda baş tutub.
Media1.az-ın xəbərinə görə, tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə xanım Möhsümova, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, kitabxana, musiqi məktəblərinin kolektivləri, Karyera və İnkişaf Mərkəzinin əməkdaşları, habelə şair və yaradıcı insanlar iştirak ediblər.
Əvvəlcə, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə xanım Möhsümova çıxış edərək qonaqları salamlayıb. Tədbirə Ramiz Rövşən şerinin ruhuyla poeziya rəngi qatıb.Poeziyanın təsiri ilə iştirakçılara xoş və duyğulu anlar bəxş edib.
Sonra söz şair, dramaturq Nadir Qədimliyə verilib. Özünün poeziya xəzinəsindən istifadə edən şairin şerlərini tamaşaçılar maraqla qarşılayıblar.
Şair Aqşin Hacızadə və digər yaradıcı insanların çıxışları tədbiri daha da maraqlı edib.
Bərdə şəhərinin əsas asudə vaxt mərkəzi olan Heydər Əliyev adına Parkbulvara gələn çox saylı sakinlər də tədbiri izləyib. Keçirdikləri xoş mənalı istirahəti Bərdədə yenilik kimi dəyərləndiriblər.










