24 Dekabr 2024

Bu gün Azərbaycanda yeni universitetin təməli qoyulacaq

“İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçiriləcək”.

media1.az-ın məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib. 

O qeyd edib ki, universitetin yaradılması təhsil, iqtisadi sahədə olan əməkdaşlığın inkişafı deməkdir:

“İtaliya tərəfindən beş aparıcı universitetdən ibarət olan qrup bu prosesdə sıx iştirak edirdi. Bu, yüksək ixtisaslı kadrların hazırlanması deməkdir”.