UAR baş katibi: “1200 azərbaycanlı Rumıniya sərhədinə yola salınacaq”
“Bu gün 1000-1200 nəfər azərbaycanlı təxliyə üçün Rumıniya sərhədinə yola salınır”.
Bu barədə Oxu.Az-a Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib.
O bildirib ki, Kiyevin Mərkəzi dəmir yolu stansiyasından bu gün yerli vaxtla saat 12:00-da yola düşməsi nəzərdə tutulan qatarla soydaşlarımızın təxliyəsi nəzərdə tutulub:
“Belə ki, Kiyev-Mogilyov-Podolsk marşrutu ilə hərəkət edəcək 942/941 nömrəli qatar Moldovanın Mogilyov-Podolsk şəhərindən keçməklə Rumıniya sərhədinə gedəcək. Mogilyov-Podolsk şəhərindən Moldovanın Otaç sərhəd-keçid məntəqəsinə piyada yol gediləcək. Rumıniyadan isə azərbaycanlıların çarter reysi ilə Bakıya təxliyəsi planlaşdırılır. Hazırda soydaşlarımızın təxliyəsi davam edir. Qatarın yaxın zamanda yola düşməsi gözlənilir”.