24 Dekabr 2024

Ceyhun Bayramov Avstriyaya yola düşüb

18 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfərlə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “İki sahil”ə verilən xəbərə görə, səfər çərçivəsində nazir, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.