Şəhid Behbud Behbudlunun 20-ci yaşı:Bərdənin Mustafaağalı kəndində şəhidin xatirəsi yad edilib
Bu gün, yəni sentyabrın 9-u Bərdənin Mustafaağalı kəndində şəhid Behbud Rübail oğlu Behbudlunun ad günü qeyd edilib.
Media1.az xəbər verir ki, şəhidin təhsil aldığı 3 saylı Bərdə şəhər Uşaq Musiqi Məktəbinin direktoru Fəqani Əliyev və məktəbin müəllimləri, Bərdə rayon İcra Hakimiyyətinin Vətən müharibəsi, şəhid ailələri şöbəsinin müdiri Samir Səfərov, Qarabağ Qazilər Birliyi Bərdə rayon şöbəsinin sədri Surəddin Səfərov, HXÇSX-nin Bərdə rayon şöbəsinin əməkdaşları, Bərdə rayon İcra Hakimiyyətinin İƏD üzrə nümayəndəsi Qəhrəman Zeynalov, yerli Boyəhmədli bələdiyyəsinin sədri Elxan Vəliyev şəhidin ailə üzvlərinə baş çəkiblər. Sonra şəhidin kənd qəbristanlığındakı məzarını ziyarət ediblər.
Şəhidin ad günü tədbirinə şəhid ailələri və xeyli sayda kənd sakinləri də qoşulublar.
Onu da qeyd edək ki, 09.09.2001-ci il təvəllüdlü Behbud Rübail oğlu Behbudlu 44 günlük vətən müharibəsinin gedişatında Murovdağdan Kəlbəcərin azad edilməsi istiqamətində aparılan döyüşlər zamanı qəhrəmancasına şəhid olub.