24 Dekabr 2024

Çexiyanın Baş naziri AB ölkələrinə səsləndi: “Hərəyə bir rus diplomatı qovun”

Çexiyanın baş naziri Andrey Babiş Avropa Birliyinə daxil olan ölkələrə çağırış edərək, onlardan Praqa ilə həmrəyliyin nümayiş etdirilməsinin göstəricisi olaraq hərəyə ən az bir rus diplomatını qovmasını istəyib.

Media1. az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “České noviny” saytında məlumat yayılıb.

Çexiya hökumət başçısı bunu AB dövlətlərinin baş nazirlərinin Portuqaliyada keçirilən xüsusi görüşündə səsləndirib.

“Biz həmişə anlamalıyıq ki, Birlik ölkələrindən birinə edilən hücum hər kəsə qarşı həyata keçirilmiş sayılır”,-deyə Andrey Babiş bildirib.

Baş nazir tərəfdaşlarından 2014-cü ildə Vrbetitse tərəfindən partladılan hərbi anbara görə Rusiyanın kəskin şəkildə qınanılmasını xahiş edib.

Onun sözlərinə görə, Portuqaliyadakı sammit öncəsi Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında mövzu ətrafında uzun debatlar baş tutub.

Sammit qeyri-formal xarakter daşıdığına görə burada hər hansı yazılı bir qeyd və ya sənəd imzalanması aparılmayıb. Rusiya ilə bağlı geniş müzakirələrin Avropa Birliyi Şurasının bu ayın sonunda keçiriləcək zirvə toplantısında gerçəkləşdiriləcəyi gözlənilir.