24 Dekabr 2024

Koronavirusa yoluxan mədəniyyət nazirinin vəziyyəti açıqlanıb

Koronavirusa (COVID-19) yoluxan mədəniyyət naziri Anar Kərimovun vəziyyəti açıqlanıb.

Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, nazirin karantin müddəti davam edir.

“Anar Kərimovun səhhəti yaxşıdır və sağalmağa doğru müsbət dəyişikliklər var”, – nazirlikdən qeyd olunub.

Xatırladaq ki, mədəniyyət naziri aprelin 16-dan müalicə olunur.