27 İyul 2024

26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, QMƏVŞA İB-nin nümayəndələri, rayon ərazisində olan N saylı hərbi hissənin bir qrup zabit və əsgər heyəti, rayon təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak etmişlər.

Tədbirdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Günel Cəfərova, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynova, Korpusun nümayəndəsi mayor Bəhruz Davudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı mayor Ceyhun Əsədov, Mustafaağalı kənd tam orta məktəbinin hərbi rəhbəri baş leytenant Mahir Abdullayev, rayon Mərkəzi Xəstəxanasının pediatrı həkim ehtiyatda olan tibbi xidməti baş leytenantı Azər Məmmədov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik leytenant Samir Səfərov çıxış edərək Azərbaycan ordusunun yaranma tarixindən, Ümummili Lider Heydər Əliyevin Ordumuzun formalaşmasında və gücləndirilməsindəki xidmətlərindən, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən oğullarının düşmən üzərində qazandığı qələbə haqqında ətraflı məlumat vermişlər.

Tədbirin sonunda Bərdə şəhər 7 saylı tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.