27 İyul 2024

20 yaş cavanlaşdırır – MÖCÜZƏVİ qarışım

Yulaf suyunun möcüzəsi haqqında bəlkə də çox insan bilmir. Bu qarışım qanı yeniləyir, maddələr mübadiləsini normallaşdırır, böyrək fəaliyyətini yaxşılaşdırır, immunitet sistemini gücləndirir.

Ümumiyyətlə, bu qarışım bütün orqanizmi canlandırır.⠀

Yulaf suyunu necə hazırlamaq lazımdır?

Bunun üçün sizə qabıqlı və qabıqsız yulaf lazımdır. İki növ yulafı bərabər nisbətdə qarışdırın. Qabıqsız yulafı hətta tərkibindəki zəngin maddələri daha yaxşı həzm etsin deyə üyüdə də bilərsiniz. Alınan qarışıqdan 3 xörək qaşığı götürüb üzərinə 0,5 litr su tökün.

Daha sonra qarışımı ocağda qaynayana qədər gözləyin. Su qaynayan kimi dərhal ocağın atəşini azaldın. Bundan sonra yulafları yavaş atəşdə daha 15-20 dəqiqə qaynadın. Qarışımı tam soyutduqdan sonra tənzivdən süzün və yumşaq bir şəkildə sıxın.

Yulaf suyu hazırdır!

Susuzluq hiss etdiyiniz zaman bu qarışımdan için. Bu içkidən gündə təxminən 2 stəkan qəbul edə bilərsiniz. Elə ilk gündən orqanizmin necə fəallaşmasını, yorğunluğun yox olmasını və digər müsbət dəyişiklikləri öz gözlərinizlə görəcəksiniz. (bizim.media)