27 May 2024

107 yaşlı qadın uzunömürlülüyünün sirrini açıqladı

Böyük Britaniyanın ən yaşlı sakinlərindən biri 107 yaşını qeyd edib və uzunömürlülüyün sirlərini bölüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qledis Kitli 1916-cı il oktyabrın 25-də Kembricşir qraflığının Prikvillou kəndində anadan olub. İngilis qadın bir müddət Londonda yaşayıb, orada dayə işləsə də, sonradan evinə qayıdıb və qocalığa qədər orada qalıb.

Qledis yerli həkimin xadiməsi olub. 1940-cı ildə o, 62 il evli olduğu Stenli adlı südçü ilə evlənib. Qledisin 74 yaşında olan Sue və 80 yaşlı Canetiki 2 qızı var.

Təqaüdə çıxdıqdan sonra qadın aktiv həyat tərzi sürməyə davam edib. O, əksəriyyəti özündən 20 yaş kiçik olan yerli sakinlərə ərzaq çatdırıb. 80 yaşında Qledis müntəzəm olaraq velosiped sürüb. 107 yaşlı britaniyalı qadının dediyinə görə, uzunömürlülüyünün səbəblərindən biri də siqaret və spirtli içkilərdən imtina etməsidir. Sue isə anasının uzun ömür sürməsinin sirri kimi sevimli məhsulunu – “Weetabix lopasını” adlandırıb. Qadın bildirib ki, Qledis uzun illər hər gün səhər yeməyindən bir porsiya yeyib.

İndi britaniyalı qadın Doddinqton kəndindəki qocalar evində yaşayır. Burada o, yaxınları ilə birgə növbəti ad gününü qeyd edib. Suenin sözlərinə görə, anası hazırda Kembricşirin ən yaşlı sakinidir.