Zelenski niyə hər yerə tapança ilə getdiyini izah etdi
![](https://media1.az/wp-content/uploads/2023/04/Zelenski2.jpg)
Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, həmişə fövqəladə hallara qarşı yanında tapança gəzdirir.
O, belə hallardan biri kimi əsir düşməyi qeyd edib.
“Təsəvvür edirsinizmi, Ukrayna prezidenti əsirlikdədir? Bu utancvericidir!”, – o, jurnalistə müsahibəsində deyib.
Dövlət başçısının fikrincə, onun silahlı müqavimət göstərmək imkanı olmalıdır.//oxu.az