27 İyul 2024

YAP Ağstafa təşkilatı Xocalı şəhidlərinin xatirəsini yad edib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən 26 Fevral – Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyevin və Ərazi Partiya Təşkilatlarının fəallarının iştirakı ilə Ağstafa şəhər Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış Abidə kompleksinin önünə gül dəstələri qoyulub. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub, məzarları üzərinə gül-çiçək dəstələri düzülərək əziz xatirələri böyük ehtiramla yad edilib və ruhlarına dualar oxunub.