27 İyul 2024

YAP Ağstafa rayon təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

07 mart 2024-cü il tarixdə YAP Ağstafa  rayon təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ərazi Partiya Təşkilatlarının nümayəndələri və partiya fəalları iştirak ediblər.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək bildirib ki, martın 8-i dünyada Beynəlxalq Qadınlar günü kimi qeyd olunur. 8 martın tarixi işçi qadınların hüquqlarının qorunması ilə bağlı olsa da bu gün daha geniş məna qazanaraq qadına hörmət, sevgi ifadəsi olan, onu zəriflik nümunəsi kimi dəyərləndirən bayrama çevrilib. Azərbaycanda 8 martın qeyd edilməsi ənənəsi sovetlər dövründə, ötən əsrin 20-ci illərində yaranıb. 1966-cı ildən isə keçmiş SSRİ-də, o cümlədən respublikamızda 8 mart rəsmi bayram (qeyri iş günü) kimi qeyd olunmağa başlanıb. Dövr, zaman, ictimai-siyasi sistem və quruluşlar dəyişsə də 8 mart bütün qadınların – evdə ana və bacıların, ailədə xanımların, qız övladların, işdə xanım həmkarların bayramıdır.

Etibar Hacıyev bayram münasibətilə bütün xanımları təbrik edib, onlara xoş arzularını çatdırıb.

Sonda fəal xanım partiya üzvlərinə gül dəstəsi və bayram təqdim olunub.