18 Aprel 2024

Xəzərin sahilində 700-ə yaxın ölü suiti tapılıb

Xəzər dənizinin Dağıstan sahillərində 700-ə yaxın suiti cəsədi tapılıb.

Media1.az xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyin Şimali Qafqaz Ərazi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.