25 Aprel 2024

Valeri Meladze Rusiya vətəndaşlığından məhrum edilə bilər

Rusiyalı senator, Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin üzvü Yelena Afanasyeva hesab edir ki, müğənni Valeri Meladze Rusiya vətəndaşlığından məhrum edilməlidir.

Media1.az xəbər verir ki, o, bu barədə öz teleqram kanalında yazıb.

Afanasyeva öz kanalında Meladze ilə bağlı bir video yerləşdirib. Həmin videoda gürcü əsilli müğənninin Rusiya Federasiyasında qadağan olunmuş şüarı (Slava Ukraini -Yaşasın Ukrayna!) dəstəklədiyi görünür.

“Buna görə Meladze təkcə titullardan (Əməkdar artist) yox, həm də Rusiya vətəndaşlığından məhrum edilməlidir”, – deyə Yelena Afanasyeva qeyd edib.