20 Aprel 2024

“Uşağımı 16 yaşına qədər məktəbə özüm aparacam” – Valideynlərdən uşaq oğruları ilə mübarizə yolları

Bu günlərdə paytaxtın Nərimanov rayonunda 93 saylı tam orta məktəbin yaxınlığında naməlum şəxsin məktəbli qızı oğurlamağa cəhd etməsi sosial şəbəkərdə gündəm oldu. Həmin videoda naməlum şəxs azyaşlı qızı oğurlayaraq başqa istiqamətə aparmağa cəhd edir. Azyaşlı isə buna etiraz edərək həmin şəxsin əlindən çıxaraq mağazaya daxil olur. Valideynlər də, məktəblər də haqlı olaraq bu cür hallardan narahatlıq keçirirlər.

Mövzunun həssaslığını nəzərə alan TV Müsavat baş verən hadisəylə bağlı valideynlər və məktəblilər arasında sorğu təşkil edib. Reportajda həmçinin bu məsələ barədə hüquqi rəy də yer alıb.

Həmin reportajı təqdim edirik.