27 İyul 2024

Ulu Öndər bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir

Bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Azərbaycan öz böyük dahisinin xatirəsinə hörmətlə yanaşır.

Azərbaycan Xalqı Ulu Öndərin arzusunu çin etdi. Onun ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Ulu Öndər hər zaman öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Ulu Öndər siyasi hakimiyyətdən getməsindən sonra Azərbaycanın faciəli günləri başlamışdır.

Azərbaycanın müasir siyasi sistemi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Doxsanıncı illərin əvvəllərində hakimiyyətdə də olanlar ancaq şəxsi mənafeyi güdürdülər. Talançılıq, soyğunçuluq edirdilər. Xaos anarxiya torpaqlar əldən gedirdi. Belə bir ağır dövrdə xalq ayğa qalxdı. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarına çevrildi.

Ulu Öndər göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi.

1994-cü ildə “Əsrin Kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. Bu hadisədən iki həftə sonra Azərbaycan da dövlət çevrilişinə cəhd edildi. Cəhdin qarşısı alındı 1995-ci ilin mart ayında dövlət çevrilişinə ikinci dəfə cəhd edildi. Yenə də Ulu Öndərin ətrafında sıx birləşən xalq bu cəhdin də qarşısını aldı.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. O, öz xalqın sıx bağlı olan bir adam idi.

Ulu Öndərin ordu quruculuğunda çox böyük xidmətləri olmuşdur.

Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz hədəflərinə nail olmuşdur. Ulu Öndərin neft strategiyaları bu gün imkan verir ki, biz Qarabağı ,Zəngəzuru yenidən quraq. Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Müstəqillik ən böyük dövlətdir, ən böyük sərvətdir. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib. Son 20 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə yoxdur. Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir.

İkinci Qarabağ savaşından sonra ordu quruculuğu məsələlərində biz dayanmadıq, irəliyə getdik.Çünki biz daim hazır olmalıyıq. Ordumuz dünyanın ən güclü ordu sırasındadır. Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının ən böyük arzusu idi. Biz bu arzunu yerinə yetirdik.  İndi biz o torpaqlarda quruculuq işləri aparırıq. Bu işlər uğurla davam etdiriləcək. Azərbaycanın üç rəngli bayrağı bütün Qarabağda dalğalancaqdır.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı