20 Aprel 2024

Ukrayna və Rusiya arasında əsir mübadiləsi olub

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib. Mübadilə çərçivəsində 140 ukraynalı vətənə qayıdıb.

Media1.az UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

O qeyd edib ki, dəyişdirilənlərdən səkkizi qadındır. Geri qaytarılanlar arasında Baxmut və Mariupolun müdafiəçiləri üstünlük təşkil edir.