27 İyul 2024

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak oldu – FOTO

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub.

Media1.az sosial şəbəkələrdə yayılan məlumata əsasən xəbər verir ki, Ukrayna ordusunun baş əsgəri, əslən azərbaycanlı olan İlkin Hacıyev iki gün əvvəl Donbas istiqamətində həlak olub.

Mingəçevir şəhərində dünyaya gələn İ.Hacıyev uzun müddət Ukraynanın Vinnitsa şəhərində yaşayıb.

Allah rəhmət eləsin!