25 İyun 2024

Ukrayna Qərb ölkələrindən əlavə HHM sistemləri alacaq

Kiyev Qərb ölkələri ilə əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı razılıq əldə edib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ukrayna üçün əlavə hava hücumundan müdafiə sistemləri ilə bağlı tərəfdaşlarla artıq razılaşmalar var və bu həllərin bəziləri daha tez işləyəcək, bəziləri isə payıza yaxın reallaşacaq”, – deyə o qeyd edib.

“Bloomberg” mənbələrə istinadən xəbər verib ki, Almaniya Ukraynaya dördüncü “Patriot” hava hücumundan müdafiə sistemi göndərmək imkanını nəzərdən keçirir.

İtaliya isə çox güman ki, hazırda Küveytdə yerləşən Ukraynaya ikinci “SAMP/T” hava hücumundan müdafiə sistemini göndərəcək.\\report.az