25 Aprel 2024

Ukrayna ordusu Rusiyanın ən böyük desant gəmisini vurdu – VİDEO

Ukrayna ordusu Qara dənizdə Rusiyanın böyük desant gəmisi “Sezar Kunikov”a zərbə endirib.

Qeyd olunur ki, gəmi Krımın cənub sahilində yerləşən Katsiveli kəndi yaxınlığında pilotsuz təyyarələrlə hücuma məruz qalıb.

Ukrayna mənbələri onun batdığını iddia edirlər. Moskva hələlik hücumu şərh etməyib.

Gəminin heyətinin sağ olduğu bildirilir.

“Sezar Kunikov” Rusiyanın ən böyük desant gəmisidir. O, 1986-cı ildə Qdanskdakı gəmiqayırma zavodunda 775-ci layihəyə uyğun olaraq tikilib. O, on vahid texnika və 300-dən çox hərbçi daşıya bilir.https://baku.tv/embed/122259

Mənbə: focus.ua