27 İyul 2024

Üç futbolçu Messinin bacarmadığını etdi

Avropanın top-5 liqalarında 3 futbolçu ardıcıl 9 mövsüm ən azı 10 qol vurub.

“Report”un məlumatına görə, bunlar Almaniyanın “Bavariya” klubundan Robert Levandovski, İtaliya “Yuventus”undan Kriştianu Ronaldu və “İnter”dən Romelu Lukakudur.

Levandovski Bundesliqanın XII turunda “Volfsburq”a 2:1 hesabı ilə qalib gəldikləri matçda dubl edib. Lukaku A Seriyasının XII turunda “Napoli”ni məğlub etdikləri görüşdə yeganə qolun müəllifi olub.

Levandovski cari mövsüm 11 oyunda 15-ci, Lukaku isə 10-cu qolunu vurub. Ronaldunun da aktivində 8 oyuna 10 qol var.

Qeyd edək ki, İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi cari mövsüm La Liqada 12 oyuna çıxıb və 5 qol vurub. Ona görə də Messinin adı bu siyahıda yer almayıb.