28 Yanvar 2023

Türkiyənin müdafiə naziri birgə təlimləri izləmək üçün Azərbaycana səfər edəcək – YENİLƏNİB

Hulusi Akarın Azərbaycana səfərinin məqsədi açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov APA-ya bildirib ki, türkiyəli nazir birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək.

“Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək”, – o qeyd edib.

***

11.08

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycana rəsmi səfər edəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, türkiyəli nazirin səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşayiəti ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana rəsmi səfər edəcək.

Tural Əsədi