27 İyul 2024

Türkiyə rəsmən ELAN ETDİ: “Bu bizim qırmızı xəttimizdir”

Hesab edirik ki, Qəzzanın yenidən qurulması üçün fond yaradılmalıdır.

Media1.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə birgə sammitində çıxışı zamanı deyib.

Ərdoğan vurğulayıb ki, problemin daimi həlli yalnız 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması ilə mümkündür.

“Fələstinli qardaşlarımızın təhlükəsizliyini təmin edəcək yeni mexanizmlərə də ehtiyac olduğu görünür” – o qeyd edib.

Ərdoğan bildirib ki, Qüds Türkiyənin qırmızı xəttidir:

“Qüds bizim qırmızı xəttimizdir. Sülh şəhəri kimi tanınan Qüdsün və bütün Fələstin torpaqlarının əvvəlki günlərinə qayıtmasını arzulayırıq”.