19 Aprel 2024

Türkiyə F-16 qırıcılarının satışı ilə bağlı ABŞ-dan müsbət qərar gözləyir

Türkiyə ABŞ-a F-16 qırıcılarının satışı ilə bağlı müsbət qərara ümid edir. Əks halda, hərbi təyyarələrə olan ehtiyaclarını ödəmək üçün alternativ variantlara müraciət edə bilər. 

APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın “Kriter” jurnalının yanvar sayına müsahibəsində deyib.

“Biz ümid edirik ki, ABŞ Konqresində sazişin təsdiqi prosesi yanvarda başlayacaq. Bu, təkcə Türkiyənin deyil, ABŞ və NATO-nun da maraqlarına uyğundur. Əks halda, milli təhlükəsizlik çərçivəsində ehtiyaclarımızı qarşılamaq üçün lazımi addımları atmaq qabiliyyətimiz və qətiyyətimiz var”, – deyə Kalın bildirib. 

Ərdoğanın nümayəndəsi Türkiyə və ABŞ nümayəndə heyətlərinin 2022-ci ildə F-16 məsələsi ilə bağlı bir sıra texniki danışıqlar apardığını xatırladıb və onları konstruktiv adlandırıb. Bundan başqa, Kalın əlavə edib ki, ABŞ prezidenti Co Bayden bu məsələdə Ərdoğana şəxsi dəstək vəd edib.