27 İyul 2024

Təbiət və İnsan

Təbiət insanlara yaşamaq, qurub yaratmaq üçün bütün sərvətlər təmiz hava, su, torpaq, flora və faunanı, faydalı qazıntıları “səxavətlə” vermişdir.

Qədim zamanlarda insanlar xırda əmək alətlərindən istifadə etməklə əkinçiliklə, maldarlıqlar, xırda təsərrüfat işləri ilə məşğul olurdular. Odurki, o dövürdə təbiətə çox az təsir göstərmişlər. Lakin yer kürəsində illər keçdikcə əhalinin sayının tədricən artması, sənayenin sürətlə inkişaf etməsi yeni zavodların, fabriklərin yaranması, nəqliyyat vasitələrinin istehsal edilməsi ətraf mühitə çox güclü təsir göstərmişdir. Yer kürəsində avtomobillərin sayı 1 milyardı ötüb keçmişdir. Hal- hazırda bu istehsal artmaqda davam edir. Bu problem Azərbaycan ərazisində də çox aydın görünür. Bizim ölkəmizdə avtomobillərin sayı 1 milyon 300 mindən artıqdır. DİN- nin KİV- ə verdiyi məlumata görə hər il ölkəmizə 2 yüz minə yaxın avromobil gətirilir. Belə davam edərsə 5 ildən sonra ölkəmizdə 2 milyon 300 min avtomobil olacaqdır. Avtomobillərin yarıdan çoxu Bakı şəhərində qeydiyyatdadır. Bu da paytaxtımızın gələcəkdə havasının pisləşəcəyindən və tıxac probleminin artacağından xəbər verir. Alimlər tərəfindən aparılan elmi tədqiqat işlərinin təhlili nəticəsində müəyyənləşdirilmişdir ki, Abşeron yarımadası ərazisində son 30 ildə nəqliyyat və sənaye müəsissələri tərəfindən atmosferə 20 milyon tondan çox zəhərli maddələr atılmışdır.

Abşeron yarımadasında ekoloji vəziyyətin pisləşməsi istehsalatın inkişafı və son zamanlar inkişaf edən urbanizasiya prosesinin surətlə artması ilə əlaqədardır.

Urbanizasiya prosesinin surətlə artması ekoloji iqtisadi və sosial problemlərin artmasına səbəb olacaqdır. Nəticədə böyük şəhərlər ekoloji, böhran vəziyyətinə düşəcəkdir. Urbanizasiya prosesinin başqa bir tərəfi vaxtl ilə əkin yeri olan torpaqların tikinti altında qalmasıdır. Urbanizasya prosesinin qarşısının alınması ücün Unveristetlərin bölgələrə köcrülməsi və müəssələrinin regionlarda tikilməsi məqsədəuyğun olardı.

Beləliklə antropogen amillərin təsiri nəticəsində təbiətimiz çirklənir. Qeyri sağlam mühit yaranır. Belə bir vəziyyət ekoloji tarazlığın pozulmasına səbəb olur. Bunun qarşısını almaq üçün bütün vətəndaşlar dinindən və milliyyətindən, sosial vəziyyətindən asılı olmayaraq birləşməlidir. Ekoloji problem, qlobal problem olduğu üçün bütün dünya dövlətləri, xüsusi ilə böyük dövlətlər çirklənmə mənbələrinin nəzərə çarpacaq dərəcədə azalmasına nail olmalıdır. Canlılar içərisindən ən ali şüurlu varlıq insandır. Demək ətraf mühitin qorunub saxlanılması məhsuliyyətidə insanın üzərinə düşür. İnsanlar bunu dərk etməlidirlər. Əks tədqirdə bu yaşadığımız planetin məhv olma təhlükəsini labüd edir.

Xosrov Musayev Aqrar elmiləri üzrə fəlsəfə doktoru