25 Aprel 2024

TDT-nin növbədənkənar zirvə görüşü iyulda Şuşada keçiriləcək

Türk Dövlətləri Təşkilatının növbədənkənar zirvə görüşü Şuşada iyul ayında keçiriləcək.

Media1.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu hadisədən məmnuniyyət hissi duyur. Ərdoğan onu da əlavə edib ki, Türkiyə Şuşa bəyannaməsinin ruhuna əsasən Azərbaycanla yoluna davam edəcək.