27 İyul 2024

Tanınmış jurnalist Ağdamda 30 ildən sonra atasının məzarını TAPDI – FOTO

Tanınmış jurnalist 30 ildən sonra öz atasının məzarını tapıb. 

Bizim.Media xəbər verir ki, bu barədə uzun müddət Qarabağ bürosunda çalışan, “ATV” telekanalının sabiq əməkdaşı Hafiz Abbasov məlumat verib. 

Əslən Ağdam rayonunun Sarıcalı kəndindən olan Hafiz Hüseynoğlu kəndin işğalı zamanı döyüşçü kimi bu ərazilərin müdafiə uğrunda əzm göstərib, lakin qeyri-bərabər döyüş, himayədarları tərəfindən silahlanmış işğalçı ordu onun doğulduğu kəndi də işğal etməyi bacarır:
“Kəndimiz 27 il düşmən işğalında qalıb. Evimiz əşyaları ilə birlikdə yağmalanıb, dağıntılara məruz qalıb. Kəndin yalnız kol-kos basmış bünövrələri yerindədir. O qədər vəhşilik ədiblər ki, heç yeri tanımaq olmur. Həmçinin kənd qəbiristanlığında da vəziyyət eynidir. Uzun müddət axtarışdan sonra atamın qəbrini tapa bildik. Daşları dağıdıb, məzarları oyublar. Bunun bir adı var: vəhşilik, vandallıq”, – deyə Hafiz Abbasov əlavə edib.

O,1985-ci ildə vəfat etmiş atası Hüseyn Abbasovun və digər qohumlarının da məzarını taparaq dağıdılmış məzar üzərinə mərhumun şəkli olan lövhə bərkidib.

Həmsöhbətimizin sözlərinə görə Ağdam ərazisində yerləşən ən qədim yaşayış məskənlərindən olan Sarıcalı kənd qəbristanlığında otuza yaxın məzar yeri aşkar edilərək nişan lövhələri ilə işarələnib. 
 https://player.bizim.media/?v=18469



Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu