“Şuşada keçiriləcək hər cür fəaliyyətə dəstək verməyə hazırıq” – Türkiyəli nazir
“2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada həyata keçiriləcək bərpa və infrastrukturun inkişafı da daxil olmaqla, hər cür fəaliyyətə əlimizdən gələn dəstəyi və köməyi göstərməyə hazırıq”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə Strateji Müttəfiqlik Münasibətləri: Qafqazda Sülh və Sabitlik” adlı beynəlxalq konfransın “Azərbaycan-Türkiyə Strateji Müttəfiqlik Münasibətləri” adlı panelində çıxışı zamanı deyib.
Bir vaxtlar tarixi-mədəni sərvətləri ilə dünya şöhrəti qazanmış Şuşa şəhərinin tez bir zamanda əvvəlki vəziyyətini bərpa edəcəyinə tam inandığını vurğulayan Ərsoy “Türk dünyasının mədəniyyət beşiyi, Qarabağın döyünən ürəyi Şuşa yenidən dirçələcək, dünyanı özünə heyran baxacaq. Şuşanın əvvəlki şöhrətini qaytarmaq çox vacibdir. Türk mədəniyyətinə və tarixinə aid nadir abidələrə dəyən ziyanın müəyyən edilməsi və onların ilkin formasına uyğun bərpa olunması bizim üçün böyük əhəmiyyət kəsb edir”.
N.Ərsoy bildirib ki, Şuşa Bəyannaməsi öz ruhuna və funksiyalarına görə Qafqazda sabitliyin və təhlükəsizliyin hər mənada təmin edilməsi yolu ilə region xalqlarının rifahının təmin edilməsi və artırılması istiqamətində çox realist, konkret və yeni əməkdaşlıq modeli kimi qiymətləndirilməlidir.