19 May 2024

Stoltenberq Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

NATO-nun baş katibi Yens Stoltenberq yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

“NATO Baş katibi Yens Stoltenberq prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün şənbə günü Ankaraya gələcək”, – məlumatda deyilir.

Alyans Baş katibinin Türkiyə paytaxtına səfəri ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb. Stoltenberqin Ankarada görüşəcəyi siyasətçilərlə hansı mövzuları müzakirə edəcəyi barədə də məlumat yoxdur.