27 İyul 2024

Sözü və əməli bir olan Prezident İlham Əliyev

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradölkəmizin gücünü, hərbi qüdrətini nümayiş etdirməklə həm Ermənistana, həm də ermənilərin bütün dünyada olan havadarlarına daha bir ciddi mesaj oldu. Bu hərbi parad bir daha təsdiq etmiş oldu ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi məqsədilə 2003-cü ildən bu günə qədər qəbul olunmuş hər bir qərar, bu istiqamətdə atılmış hər bir addım son dərəcə düzgün və effektli olub.

Prezident İlham Əliyev 20 il bundan əvvəl ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra öz xalqına söz vermişdi ki, ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcək və bir gün Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracaq. Bu gün artıq müqəddəs bayrağımız Şuşada, Xankəndidə, Xocalıda və digər bütün işğaldan azad edilən ərazilərimizdə qürurla dalğalanır və bütün xalqımıza böyük fəxarət hissi yaşadır.

Cənab Prezident 44 günlük Vətən müharibəsində Şuşa əməliyyatını dəyərləndirərkən alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad edilməsini hərbiçilərimizin peşəkarlığı və fədakarlığı sayəsində qazanıldığını bildirdi. Ali Baş Komandan İlham Əliyev torpaqlarımıza göz dikən düşmən qüvvələrə səslənərək bir daha bu sözlərlə mesaj verdi: “Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır.”

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini