27 İyul 2024

Şolts: “Putin bizi məhv edəcəyinə inanırdı”

“Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə məqsədlərindən birinə belə çata bilməyib”.

Media1.az APA-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışında deyib.

“Putinin planlarından heç biri baş tutmayıb” – deyən Almaniya kansleri Rusiya prezidenti Putinin əsaslı səhv etdiyini əlavə edib.

“O, qaz kranımızı bağlamaqla Avropanın həmrəyliyini məhv edəcəyinə inanırdı. Putin ukraynalıların cəsarəti barədə, Avropa barədə, bizim barəmizdə, demokratiyamızın xarakteri barədə, böyük güc maniyasına və imperializmə müqavimət göstərən iradəmiz barədə yanıldı”, – Şolts vurğulayıb.