29 Mart 2024

“Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbi kimi qiymətləndirilir

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentin plenar iclasında yekdilliklə qəbul olundu. Ümumən Milli Məclisin qanunla bağlı siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdu.

Milli Məclisdə təmsil olunan 11 siyasi partiyanın bu barədə təşəbbüsü dərhal müsbət qarşılandı və nəticədə, bu günkü siyasi münasibətlərin tələblərinə uyğun olan yeni qanun layihəsi ərsəyə gəldi. Yeni qanun siyasi partiyaların fəaliyyətində şəffaflığı və açıqlığı təmin etməklə, eyni zamanda, onlara cəmiyyətin və dövlətin nəzarət imkanlarını artırır.

Qeyd edək ki, 1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu müasir dövrün tələblərinə, ölkəmizdə siyasi partiyaların effektiv fəaliyyət göstərmələrinə cavab vermədiyindən yeni Qanunun qəbul edilməsi zərurəti yaranmışdır.

Bu qanun siyasi fəaliyyət istiqamətlərində böyük canlanma yaradacaq və ölkədə mövcud olan siyasi partiyaların fəaliyyəti üçün əsl lokomotiv rolunu oynayacaq. İndiyə qədər mövcud olan qanun, təxminən, 30 il bundan öncə qəbul edilib. Dövr də, siyasi münasibətlərin formatı da dəyişib. Siyasi konfiqurasiya və ümumilikdə siyasi partiyaların fəlsəfəsi dəyişib. Həmin dəyişikliklərin fonunda isə təbii olaraq yeni qanunun qəbul edilməsi zərurəti də yarandı.

“Siyasi partiyalar haqqında” Qanun layihəsi hazırlanan zaman Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun birgə rəyi, 24 ölkənin təcrübəsi, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların 47 nin Milli Məclisə yazılı formada təqdim etdiyi 250 dən çox təklifi, eləcə də Milli Məclisin komitə və plenar iclaslarında deputatlar tərəfindən irəli sürülmüş 100 dən çox təkliflər nəzərə alınmışdır.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentin plenar iclasında yekdilliklə qəbul olundu. Bildiyiniz kimi ilk olaraq parlamentdə təmsil olunan siyasi partiyalar yeni qanun layihəsinin hazırlanması təklifi ilə Milli Məclisə müraciət ünvanladılar. Layihənin hazırlanması zamanı, demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar öz təkliflərini verdilər.

Qeyd etmək lazımdır ki, “Siyasi partiyalar haqqında qanun” yeni çağırışlara cavab verir və siyasi partiyaların fəaliyyətini əngəlləmir.

Tamerlan Qaragözov YAP Ağstafa rayon təşkilatının əməkdaşı