18 İyul 2025

AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ EMİN ƏMRAHOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

09 iyun 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Əmrahov Emin Əvəz oğlunun doğum günü idi.

Bu münasibətlə Qırılı kənd qəbirstanlığında şəhidimizin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb. Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı və Ağstafa Rayon İcra Hakimiyyəti aparatı əməkdaşlarının, şəhid ailələrinin, həmçinin rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə şəhidimizin ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun