23 Aprel 2024

Sinan Oğan namizədlərdən birinə dəstək vermək üçün 5 şərtini açıqladı

ATA Alyansının prezidentliyə namizədi Sinan Oğan ikinci turda namizədlərdən birinə dəstək vermək üçün 5 şərtini açıqlayıb. 

Media1.az-ın xəbərinə görə, həmin şərtlər aşağıdakılardır:

1. Konstitusiyanın ilk 4 maddəsinin dəyişməzliyi.

2. 66-cı maddədə yer alan türklüyün konstitusiyadan çıxarılması cəhdinə qarşı sərt dayanmaq.

3. 13 milyon mühacirin göndərilməsi.

4. İqtisadi böhranın əsas səbəbi olan faiz və inflyasiyadan qurtulmaq.

5. Terror təşkilatları və onların siyasi strukturları arasında məsafə qoyulması.