27 İyul 2024

Silahlı terrorçunu əliyalın zərərsizləşdirən səfirlik işçisi KİMDİR?

Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atlayan və onu zərərsizləşdirən səfirliyin təhlükəsizlik işçisi günün qəhrəmanına çevrilib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, sözügedən şəxs əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğludur.

Onun ailəsi hazırda Abşeron rayonu Masazır qəsəbəsində yaşayır. Qəhrəman mühafizəçi ailəlidir və 3 övladı var.