28 Mart 2024

Səbinə İsgəndərli:Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək

Prezident İlham Əliyev 2023-cü ilin 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında, Əbu-Dabi Dayanıqlıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edib. Enerji təhlükəsizliyindən danışan Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan nəinki öz enerji təlabatını təmin edir, o cümlədən xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Həmçinin Prezident İlham Əliyev bildirib ki, Bərpaolunan enerji ilə bağlı proqramımız fərqli gündəliyə malikdir. Birincisi bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi biz onun sayəsində ixracımızı şaxələndirəcəyik.

İlham Əliyev çıxışı zamanı Birləşmiş Ərəb Əmirliklərinin prezidenti, Şeyx Məhəmməd bin Zaid ən – Nəhayyən ilə görüşündəndə söz açıb. Dövlətimizin başçısı BMT Təhlükəsizlik şurasında, Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini və bunun dostluq və qardaşlığın nümunəsi olduğunu bildirib və hər iki dövlətin sülhsevər dövlətlər olduğu qeyd olunub. İlham Əliyev çıxışı zamanı enerji potensialına da toxunub. Bildirilib ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır deyə vurğulanıb. Həmçinin bildirilib ki, ” Masdar ” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu qısamüddətli bir layihədir. Orta müddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. ” Masdar ” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir. Bakı və Abu-Dabi arasında siyasi dialoq və anlaşma yüksək səviyyədədir. İndiyədək 2 ölkə arasında səhiyyə, sərmayə qoyuluşu, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair 30 dan çox sənəd imzalanıbdır deyə vurğulanıb.

Sonda isə İlham Əliyev Azərbaycanda investisiya mühitinin çox müsbət olmasından və ölkəmizin neft və qaz sektoruna böyük sərmayələr cəlb etməsindən və bundan sonrakı hədəfimizin bərpaolunan enerjidir deyə diqqətə çatdırıb.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı