29 Mart 2024

Sahibə Qafarova Bəhreyn Krallığına gedibFOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin nümayəndə heyəti martın 10-da Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfərə gəlib.

Musavat.com-un Bəhreynə ezam olunmuş əməkdaşı bu barədə xəbər verir. Manama Beynəlxalq Hava Limanında nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Nümayəndələr Palatasının sədri Əhməd bin Salman Əl-Musalam, Azərbaycanın Bəhreyndəki səfiri Şahin Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) İkinci Konfransında və Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında çıxışı gözlənilir.

Elşad Paşasoy,
Musavat.com
Bəhreyn, Manama

WhatsApp Image 2023-03-10 at 17.17.38.jpeg (245 KB)