26 Aprel 2024

Rusiyaya BÖYÜK ŞOK – İtkilərin sayı 200 mini keçdi – DƏHŞƏTLİ STATİSTİKA

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Media1.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 201 100 hərbçisini zərərsizləşdirib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin 3 773 tank, 7 373 zirehli maşın, 3 198 artilleriya sistemi, 563 reaktiv yaylım atəşi sistemi, 318 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 759 PUA, 990 qanadlı raket, 18 gəmi/qayıq, 6 073 avtomobil texnikası və avtosistern, 418 xüsusi texnikası sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.