19 Aprel 2024

Rusiyaya BÖYÜK ŞOK – İtkilərin sayı 200 minə yaxınlaşır

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Media1.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 194 430 hərbçisini zərərsizləşdirib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin 3 723 tank, 7 248 zirehli maşın, 2 572 operativ-taktiki PUA, 3 010 artilleriya sistemi, 306 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 952 avtomobil və tanker, 947 qanadlı raket, 18 gəmi və kater, 380 xüsusi texnikası sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.