18 İyun 2024

Rusiyanın 24 milyardının aqibəti necə olacaq?

Avropa İttifaqı hazırda Rusiya vətəndaşları və şirkətlərinin 24,1 milyard avro dəyərində aktivlərini dondurub, lakin birliyin onların müsadirəsi üçün hüquqi əsası yoxdur.

Bunu cümə axşamı Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand deyib.

“İndiki mərhələdə Aİ qara siyahılara daxil edilmiş fiziki şəxslərin və ya şirkətlərin 24,1 milyard avro dəyərində aktivlərini bloklayıb. Bu aktivlər dondurulmalıdır, lakin müsadirə oluna bilməz, bunun üçün heç bir hüquqi əsas yoxdur. Lakin biz artıq qabaqcıl mərhələdə olan sanksiyalardan yayınmanın cinayət məsuliyyətinə cəlb edilməsi təklifi üzərində işləyirik. Sanksiyadan yayınma faktı müəyyən edilərsə, aktivlər müsadirə oluna bilər. Bunun qanunun aliliyinə uyğun olması lazımdır”, – o deyib.

Qeyd edək ki, mayın 10-da ABŞ-nin Baş prokuroru Merrik Qarland rusiyalı oliqarx, “Tsarqrad” telekanalının təsisçisi Konstantin Malofeyevin 5,4 milyon dollar məbləğində aktivlərini müsadirə edib Ukraynaya köçürmək barədə qərarını açıqlamışdı.//Oxu.az