09 Dekabr 2024

“Rusiyalı milyarderin aktivlərini Kiyevə köçürmək qərarını cavabsız qoymayacağıq”- Peskov

“Moskva ABŞ-ın rusiyalı milyarder Konstantin Malofeyevin aktivlərini Kiyevə köçürmək qərarını cavabsız qoymayacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, bunun qarşılığında Rusiyanın maraqlarına uyğun addım atılacaq.

“Bizə vəziyyətin təhlili lazımdır. Biz maraqlarımıza ən uyğun olanı etməliyik. İstənilən halda belə addımlar qarşılıqsız qala bilməz”, – Peskov deyib.

O, həmçinin vurğulayıb ki, belə bir qərar ilk növbədə ABŞ-ın özünə bumeranq effekti yaradacaq və etibarını sarsıdacaq: “Bu, Birləşmiş Ştatların müqəddəs hesab olunan mülkiyyət hüququna qəsdindən başqa bir şey deyil”.

Qeyd edək ki, ABŞ-ın Baş prokuroru Merrik Qarland rusiyalı oliqarxın sanksiyaları pozduğuna görə müsadirə edilən aktivlərinin Ukraynaya ötürülməsinə ilk dəfə olaraq icazə verib.