27 İyul 2024

Rusiyalı ekspertlər Rusiyanın Qafqazdan zorla çıxarılmasından danışdılar

“Rusiyanın Qafqazdan sıxışdırılması mümkündür, amma mən bu ehtimalın yüksək olduğunu düşünmürəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki,  bu fikrin müəllifi Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (U) Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər namizədi Sergey Markedonovdur.

Onun sözlərinə bu ehtimal hazırkı an üçün mümkün olmasa da, ümumiyyətlə, gələcəkdə  belə bir sualın qoyuluşunu imkansız hala gətirmək lazımdır.

Sergey Markedonov Qərblə Ermənistan arasında sıx münasibətlər qurmaq cəhdlərinin 2022-ci ildə başlamadığını söyləyib. “2001-ci ildə məşhur Ki-Uest konfransını xatırlaya bilərsiniz. Qərb özünü göstərməyə çalışdı, Ermənistan da ABŞ və Fransada böyük diasporları vasitəsilə buna reaksiya göstərdi. Amma indi Qərb-Ermənistan əlaqələrində kəmiyyət parametrləri müəyyən keyfiyyətə çevrilir”, – deyə rusiyalı ekspert narahatlığnı ifadə edib.

Rusiyanın Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun direktoru Dmitri Yeqorçenqovun sözlərinə görə, bugünkü reallıq hələlik Rusiyanın Qafqazdan qovulmasının tezliklə baş verə biləcəyini göstərmir.

“Bunun qarşısını almaq üçün birgə səylər göstərilsə, bu, baş verməyəcək. Ermənistanın Avropa və Amerika hədəfindən əvvəlkindən daha fəal istifadə etməsində pis bir şey görmürəm. Hazırkı situasiyada Blinkendən də istifadə edilirsə, niyə də olmasın. Bütün bu müsbət gəlişmələrlə  yanaşı, Qərblə münasibətlər paketinə nəyin daxil olduğunu bilmək lazımdır. Əgər orada strateji qarşılıqlı fəaliyyət baxımından, o cümlədən Rusiya ilə İrəvana uyğun gəlməyən bir şey ortaya çıxarsa, yəqin ki, onun izinə düşmək yaxşı olardı”, – Yeqorçenov vurğulayıb.