Rusiya XİN Bakının Kiyevə humanitar yardımından qıcıqlanıb
Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsi rəsmi Moskvanın xoşuna gəlməyib.
Media1.az erməni mediadına istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyindəki mənbənin TASS-a verdiyi məlumata görə, Azərbaycanın Ukraynaya transformator və generatorları təhvil verməsi Rusiya tərəfində çaşqınlıq yaradıb.
Qeyd olunur ki, Xarici İşlər Nazirliyi xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya Silahlı Qüvvələrinin Ukraynada “Kiyev rejiminin hərbi ehtiyaclar üçün istifadə etdiyi” mühüm infrastrukturu məhv etdiyini vurğulayıb.
“Bu baxımdan, Bakıdan gələn tədarüklər çətin ki, vəziyyəti kökündən dəyişsin, çünki onları humanitar yardım adlandırmaq olmaz, Rusiya Xarici İşlər Nazirliyi bildirir”-məlumatda absurd şəkildə iddia olunur.