27 İyul 2024

Rusiya Türkiyəyə güzəştli qiymətlə 1 milyon ton taxıl göndərəcək

Rusiya Türkiyəyə güzəştli qiymətlərlə 1 milyon taxıl göndərməyə hazırdır. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəli həmkarı Hakan Fidanla görüşündən sonra keçirilən brifinqdə deyib.

Rusiyalı nazir bildirib ki, Qətər dövləti ticarət əməliyyatının maliyyə təminatında iştirak etmək istəyini ifadə edib: “Biz Rusiya prezidentinin 1 milyon tona qədər Rusiya taxilinin güzəştli qiymətlə Türkiyəyə çatdırılması, orada emal edilərək dünyanın ən ehtiyaclı ölkələrinə göndərilməsi məsələsini müzakirə etdik. Bu məsələ maliyyələşmədə iştirak etmək istəyən Qətərli dostlarımızla da müzakirə olunur”.