27 İyul 2024

Rusiya tərəfi AQTA sədrinə təşəkkür etdi – Yumurta ixracına görə…

Azərbaycandan Rusiyaya süfrə yumurtasının 612 min ədəddən ibarət daha iki partiyası ixrac olunub.

“Rosselxoznadzor”un saytında yerləşdirilən məlumata görə, indiyədək ümumilikdə Azərbaycandan Rusiyaya 4,2 milyon ədəd yumurta çatdırılıb.

Məlumatda qeyd olunur ki, 36 ton (612 min ədəd) həcmində iki partiya yumurta Yaraq-Qazmalar sərhəd keçid məntəqəsi vasitəsilə Rusiyaya ixrac olunub.

Agentliyin məlumatına görə, yanvarın 25-də Rosselxoznadzorun rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli arasında telefon danışıqları olub. Dankvert Rusiyaya süfrə yumurtası tədarükünü artırdığına görə Qoşqar Təhməzliyə minnətdarlığını bildirib, həm Azərbaycan, həm də Rusiya istehsalçılarının ixracını artırmaq üçün stimul olduğunu qeyd edib: “Ölkələr arasında iqtisadi əlaqələr durmadan inkişaf edir. Rusiya və Azərbaycan ümumilikdə kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin gələcək artımı üçün böyük perspektivlər görürlər”.