11 Oktyabr 2024

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin Ermənistana aidiyyəti yoxdur – Lavrov

“Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistan tərəfinə aidiyyəti yoxdur”.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu, Moskva ilə Bakının ikitərəfli münasibətləri məsələsidir: “Hamının Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra da bizim orada həqiqətən də sülhməramlılarımız var. Amma bu məsələnin artıq Ermənistan tərəfinə aidiyyəti yoxdur, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir”.