29 Mart 2024

Rus xüsusi təyinatlıları Ermənistan dağlarında təlimlərə başlayıblar

Ermənistandakı cənub hərbi dairəsinin xüsusi təyinatlı dəstələri dağlıq ərazidə yerləşən poliqonda təlim keçirib.

AzVision.az xəbər verir ki, bu barədə hərbi dairənin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hərbi qulluqçular yüksək zonada kəşfiyyat və axtarış fəaliyyətini, dağlıq ərazidə müxtəlif formalarda sığınacaqların təşkili üsullarını, əldəqayırma vasitələrdən kamuflyaj növlərinin hazırlanmasını işləyiblər.

Onlar həmçinin xəritədə naviqasiya və azimutla hərəkət etmək bacarıqlarını təkmilləşdirib, yerlərdə gizli hərəkət üsullarını öyrəniblər.

Bundan əlavə, xüsusi təyinatlılar müxtəlif məsafələrdə və müxtəlif mövqelərdən müxtəlif təyinatlı hədəflərə müntəzəm silahlardan yüksək sürətlə atəş zərbələri endiriblər”, – məlumatda deyilir.

Bundan başqa qeyd edilir ki, hərbi dairənin hərbi qulluqçuları dağlıq ərazilərdə oksigen çatışmazlığı, ekstremal temperatur və atmosfer təzyiqi şəraitində sağ qalma, təhlükəsiz davranış vərdişlərinə yiyələniblər.