23 İyul 2024

Ronaldodan “Əl-Nəsr”ə transferi ilə bağlı ilk açıqlama

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Nəsr”ə transferindən danışıb.

Qol.az xəbər verir ki, 37 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqavilə imzaladıqdan sonra ill açıqlamasımı verib.

“Mən özümü yeni liqada, başqa ölkədə sınamağı səbirsizliklə gözləyirəm. “Əl-Nəsr”in baxışı məni çox ruhlandırır. Mən yeni tərəfdaşlarımın sırasına qoşulduğum üçün xoşbəxtəm. Bir birlikdə komandaya yeni uğurlar qazanmağa kömək edə biləcəyik” – deyə “Al Arabiya” Ronaldodan sitat gətirib.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”lə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun əsas maaşı ildə 75 milyon avro, kommersiya haqları və səfir kimi gəliri ilə birlikdə isə ümumən 200 milyon avro təşkil edəcək.

Xatırladaq ki, Kriştianonun son klubu “Mançester Yunayted” olub.