Rəsmi Ankara: İsveçin NATO-ya üzvlüyünü ratifikasiyası nə qədər lazımdırsa o qədər çəkəcək
Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiyası nə qədər lazımdırsa o qədər çəkəcək.
APA-nın məlumatına görə, bunu “Dagens Nyheter” qəzetinə müsahibəsində Türkiyə prezidentinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.
“Bu, nə qədər lazımdırsa, o qədər vaxt aparacaq. Xatırladım ki, Yunanıstan Şimali Makedoniyanın NATO-ya daxil olmasına çox cüzi bir səbəbdən – ölkənin adına görə veto qoymuşdu və bu, on illərlə davam etdi. Makedoniya NATO-ya üzv olmaq üçün adını dəyişməli olub. Türkiyənin narahatlığı daha ciddidir: söhbət minlərlə günahsız insanın ölümünə səbəb olan terror aktlarından gedir”.